SON DƏQİQƏ

Sabah bəzi rayonlarda qaz olmayacaq

Tarix:

23-01-2017, 17:33

/ 4 973 dəfə oxundu.
Sabah bəzi rayonlarda qaz olmayacaq

Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində aparılacaq təmir işləri ilə bağlı bəzi yaşayış məntəqələrinin qaz qaz təchizatı məhdudlaşdırılacaq.
"Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sabah saat 10:00-dan 17:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin "Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ