SON DƏQİQƏ

HAVA PROQNOZU: Hava buludlu, küləkli olacaq

Tarix:

22-01-2017, 12:34

/ 4 880 dəfə oxundu.
HAVA PROQNOZU: Hava buludlu, küləkli olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi  gündüz mülayim cənub-qərb küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz  6-8° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunu,  nisbi rütubət  gecə 80-90%, gündüz 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, yanvarın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ