SON DƏQİQƏ

Təklif: 100 illiyə hərəyə 100 ağac əkək

Tarix:

21-01-2023, 14:40

/ 2 999 dəfə oxundu.
Təklif: 100 illiyə hərəyə 100 ağac əkək

Bu il Ümummilli lider Heydər Əliyevin 100 illiyi qeyd olunur.
Hər region üzrə 100 min ağac əkmə kompaniyasına başlamaq yaxşı olardı.

Belə olarsa, qlobal istiləşmə, antropogen təsirlər nəticəsində ekoloji tarazlığın pozulmasının, biomüxtəlifliyin, su mənbələrinin qurumasının, münbit əkin sahələrinin erroziyasının  qarşısını alınmasında misilisiz töhvə və faydalı iş olardı.

Müasir dövrdə dünyada sürətli demoqrafik və sosial-iqtisadi inkişaf, elmi-texniki tərəqqinin insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi nəticəsində antropogen amillərin təbiətə mənfi təsirləri də artıb. Nəticədə təbiət çirklənib, eroziya və səhralaşma prosesləri sürətlənib, ekosistemlərin bioloji qida zəncirlərində pozulmalar, biosenozlarda xaotiklik və deqradasiyaya meyillər yaranıb. İqlim dəyişmələri antropogen amillərin yaratdığı mənfi təsirlərlə üst-üstə düşərək münbit əkin sahələrinin azalmasına səbəb olub, ekosferdə tarazlığın pozulması prosesini sürətləndirib, bioloji müxtəlifliyin təhlükə altına düşməsi və ayrı-ayrı növlərin sıradan çıxması ehtimalının çoxalması ilə nəticələnən qlobal ekoloji problemləri kəskinləşdirib. UNESKO-nun qiymətləndirməsinə görə, son dövrlər yararlı əkin sahələrinin hər il 6 milyon hektarı səhralaşma nəticəsində yararsız hala düşür. Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın Cənub yamaclarında meşələrin yuxarı sərhədi 200-500 metr aşağı enib, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənib. Ekoloji vəziyyətin gərginləşməsinin qarşısını almaq, tarazlığı qoruyub saxlamaq və təbii bioresurslardan səmərəli istifadə etməyin optimal yollarını tapmaq bu gün və gələcək üçün bəşəriyyətin aktual problemlərindən birinə çevrilib.

 ekosferdə yaranan qlobal problemlərin qarşısını almaq, daha da dərinləşməsinə imkan yaratmamaq üçün görüləcək mühüm tədbirlərdən biri də təbiətdə biomüxtəlifliyin qorunması, mövcud mədəni yaşıllıqların saxlanılması, artırılması və növ tərkibinin zənginləşdirilməsidir. Təbii flora ilə yanaşı, mədəni yaşıllıqların da bioekoloji problemlərin qarşısının alınmasında, ekoloji tarazlığın qorunub saxlanılmasında böyük rolu var. Yaşıllıqlar ətrafı gözəlləşdirməklə yanaşı, çox insan yaşayan və nəqliyyatın intensiv hərəkət etdiyi iri şəhərlərdə səs-küyün azalmasına müsbət təsir edir. Yaşıllıqlar havanı zəhərli qazlardan, toz, hiss qarışıqlarından təmizləyir. Toz və hiss bitkilərin yarpaqları üzərinə çökür, yağmurlar zamanı yuyulub torpağa tökülür. Ağac və kollardan ibarət olan yolkənarı yaşıllıqlar yolun torpaqla örtülməsinin qarşısını alır, küləklərin hərəkət sürətini azaldır və sıx yerləşdikdə sakitlik yaradır. Müasirləşən və sürətlə hərtərəfli inkişaf edən respublikamızda ekoloji problemlərin qarşısının alınması, sənayenin müxtəlif sahələrinin bioresurslara olan tələbatının ödənilməsi, təbii sərvətlərin gələcək nəsillərə qorunub saxlanılması bitki ehtiyatlarının öyrənilməsini, biomüxtəlifliyinin qorunmasını, yaşıllıqların artırılması və yeni növlərlə zənginləşdirilməsini zəruri edir.

Bu təşəbbüs, eyni zamanda, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması istiqamətində atılan ciddi addım olar. Həmçinin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara sadiqliyinin nümunəsidir. Çünki əkiləcək 10 minlərlə ağac bütövlükdə regionun ekoloji mühitinə müsbət təsir edəcək. Ümumiyyətlə, dünyanın hər hansı yerində baş vermiş ekoloji fəlakət və ya bu istiqamətdə müsbət işlər qlobal mahiyyət daşıyır. Bu təşəbbüsün fəlsəfi mahiyyətində Azərbaycan xalqının Ümummilli lideri, bəşəriyyət yarixinin dahi  insanlarından olan Heydər Əliyevin xatirəsinin bəşəriyyətin sağlam gələcəyi üçün zəruri olan yaşıl abidələrlə əbədiləşdirilməsi dayanır. Təşəbbüsün gerçəkləşməsi "Ümimmilli Liderin xatirəsinə qoyulmuş yaşıl abidələr” olacaq.

B.ü.f.d., dosent Sadıq Qarayev

Botanika İnstitunun aparıcı elmi işçisi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ