SON DƏQİQƏ

HAVA PROQNOZU-Sulu qar gözlənilir

Tarix:

19-01-2017, 12:53

/ 6 017 dəfə oxundu.
HAVA PROQNOZU-Sulu qar gözlənilir

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-3°, gündüz 4-6°, Bakıda gecə 1-3°, gündüz 4-6° isti olacağı gözlənilir.   
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ