SON DƏQİQƏ
» » Ucar-Bərgüşad dəmir yolunun təmirinə başlanılıb

Ucar-Bərgüşad dəmir yolunun təmirinə başlanılıb

Tarix:

17-01-2017, 10:27

/ 2 481 dəfə oxundu.
Ucar-Bərgüşad dəmir yolunun təmirinə başlanılıb

Azərbaycan dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində Ucar-Bərgüşad mənzilində 10,6 km yolun əsaslı təmirinə start verilib. "Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir.
"Təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb",- deyə S.Qədirova əlavə edib. 
Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel” şirkəti arasında "Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 208 km dəmir yolu əsaslı təmir olunub.
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ