SON DƏQİQƏ
» Öldürülən 16 yaşlı gəlin haqda sensasion məlumatlar

Öldürülən 16 yaşlı gəlin haqda sensasion məlumatlar

Tarix:

30-01-2020, 13:34

/ 3 353 dəfə oxundu.
Öldürülən 16 yaşlı gəlin haqda sensasion məlumatlar

Toyundan 2 həftə sonra qətlə yetirilən qız haqqında xəbər gündəmin əsas müzakirə mövzusuna çevrilib.

GunAz.az xəbər verir ki, “cenubxeberleri.com”internet qəzeti  müxtəlif mənbələrdən  hadisə ilə bağlı məlumatlar əldə edib.

Məlum olub ki, qızın atası İbrət Qəmbərov Ərkivan qəsəbəsindəndir. Məlumata görə,  İbrətin digər arvadı da olub. Qətlə yetirilən qızın  anası  ilə isə rəsmi nikah olmadan yaşayıb. Onlar bir ildən artıq bir yerdə yaşadıqdan sonra ayrılıblar. Qətlə yetirilən Fatimənin anası  İbrətdən boşandıqdan sonra Bakı şəhərinə ərə gedib, Fatimə isə Həsənli kəndində, nənəsinin himayəsində yaşayıb.

Fatimə Qəmbərova ötən dərs ilində Həsənli kənd tam orta məktəbini bitirib. Müəllimlərinin bildirdiyinə görə o dərslərin yüksək səviyyədə bilməsə də çox sakit, tərbiyəli bir şagird olub.

Ötəl ilin oktyabrında anası təkidlə onun məktəbdən azad olunmasına xahiş edib. Səbəb kimi də onu göstərib ki, Fatimınin ana babası Rusiyada yaşayır, bunlar da onun yanına köçür. Nəhayət 2019-cu il noyabr ayının 1-də  valideyini-anaının təkidi ilə Fatimənin məsələsi  məktəbin pedoqji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. Bundan əvvəl isə ailə təkidlə Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestatı əldə edib.

Fatimə məktəbdən azad edildikdən 2 ay sonra, yanvar ayının 5-də  Masallı şadlıq evində onun üçün qız toyu olub, yanvar 10-da isə həyat yoldaşı İman üçün Çaxırlı kəndindəki “Möcüzə”  Şadlıq Sarayında toy edilib. Qız ər evinə, Təklə Ərazi Dairəsinin Xoşçobanlı kəndinə köçüb.

Fatimınin ərə getdiyi 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Boyu balaca olduğu üçün hərbi xidmətə aparılmayıb.  Daha sonra Sumqayıt şəhərindəki kollecin əyani şöbəsinə daxil olub və orada oxuyurmuş. Onun əmisi kənddə dinin icmanın rəhbəridir.

Yanvarın 28-də axşam ailə zəminində qızla oğlan arasında mübahisə olub. Sonra mübahisə dava-dalaş çevrilib.

İman ailənin 3 övladından biridir. Özündən kiçik 2 bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası tibb iççisidir. Hadisə baş verən gün səhər çağı Sumqayıta gedib ki, oğlan üçün ayrıca ev tutsun ki, İman yenicə toy etdiyi Fatiməni yanına apara bilsin. Əksəriyyət bu ailəni olduqca sakit, təbiyəli  ailə kimi tanıyır. Heç kim İmanı Fatiməni öldürdüyünə inanmaq istəmir.

Hələ ki, hadisənin dəqiq detalları bəlli deyil.

скачать dle 12.1

Şərhlər