SON DƏQİQƏ

6.8 ballıq zəlzələ: ölü sayı artdı...

Tarix:

16-12-2019, 09:00

/ 321 dəfə oxundu.
6.8 ballıq zəlzələ: ölü sayı artdı...

Filippin sahillərində güclü zəlzələ baş verib.

GunAz.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

6.8 bal gücündə olan yeraltı təkanların episentri Davao şəhərinin 59 kilometrliyində yerin 80 km dərinliyində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

***

Zəlzələ nəticəsində 1 nəfər həlak olub.

“Manila Bulletin” qəzetinin yazdığına görə, 6 yaşlı qız dağıntılar altında qalıb.

***

Zəlzələ nəticəsində həlak olanların sayı 3-ə çatıb. Təkanlar nəticəsində bir neçə binanın dağıldığı bildirilib.

***

Zəlzələ nəticəsində xəsarət alanların sayının 37 nəfər olduğu bildirilib.

скачать dle 12.1

Şərhlər