SON DƏQİQƏ
» "Gəlini heç vaxt yanımda saxlamaram" - Əməkdar artist

"Gəlini heç vaxt yanımda saxlamaram" - Əməkdar artist

Tarix:

25-04-2019, 16:59

/ 10 148 dəfə oxundu.
"Gəlini heç vaxt yanımda saxlamaram" - Əməkdar artist

Əməkdar artist Rühəngiz Allahverdiyev uzun fasilədən sonra "5/5" verilişinə qonaq olub. 

Axşam.az-ın məlumatına görə, müğənni problemləri olduğunu, bunun üçün də efirlərə çıxmadığını açıqlayıb:

"5 aydır heç yerə getmirəm, oxumuram. Səsimdə problem var idi. Getdiyim yerdə həmişə canlı oxumuşam. Ona görə də fonoqramla ifanı qəbul etmirdim. Yeni mahnılar yazdırmaq istəyirdim. Qaldı hamısı...".

İfaçı ev problemi olduğunu etiraf edib:

"Evim yoxdur. İllərlə öz sənətimlə, çalışmaqla övlad böyüdüb, təhsil vermişəm. Heç kim deyə bilməz mənə nəsə edib, xüsusi nəsə edir ola bilməz. Oğlumu evləndirmişəm, nəvəm var. İndi ikinci oğlum evlənmək istəyir. 28 yaşı var. Amma ev ala bilmirəm. 

Bu yaşa qədər canlı oxudum, restoran müdirləri bilir. Deyirlər ki, gəl, fonoqram oxu, razılaşmıram. İki oğlum, bir qızım var. Həyat yoldaşı olmaqla deyil, əsas imkandır. Gəlini yanıma gətirə bilmərəm. Heç böyük gəlnimin yanına aylarla getmirəm. Əvvəlki qızların ab-havası başqadır, indikilər fərqlidir. Məndən uzaq olsalar yaxşıdır. Yazığam, nə qədər onlara baxacam?".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ