SON DƏQİQƏ
» » Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs həbs edildi - VIDEO

Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs həbs edildi - VIDEO

Tarix:

23-06-2020, 08:00

/ 2 032 dəfə oxundu.
Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs həbs edildi - VIDEO

Volqoqrad Mərkəzi Rayon Məhkəməsi Tibb Universitetinin 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı – Teymur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı verib.

GunAz.az xəbər verir ki, bu barədə Volqoqrad əyalətinin məhkəmələrini birləşmiş mətbuat xidmətlərinin rəhbəri Ekaterina Valkovskaya deyib.

"Volqoqrad Mərkəzi rayon Məhkəməsinin qərarına əsasən təqsirləndirilən şəxs barəsində 21 avqust tarixinə qədər həbs qətimkan tədbiri seçilib”, - deyə Valkovskaya bildirib.

Vasilyevə qarşı qətl maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Timur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Vilayətin qubernatoru Andrey Boçarov qatil haqqında məlumat verən şəxsə 1 milyon rubl məbləğində mükafat vəd etmişdi.Axar.az

Timur Qavrilovun nəşi Gəncəyə gətirilərək dəfn olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ