SON DƏQİQƏ
» » Paşinyanın babası faşistlərin tərəfində döyüşüb - VİDEO

Paşinyanın babası faşistlərin tərəfində döyüşüb - VİDEO

Tarix:

11-05-2020, 21:14

/ 4 064 dəfə oxundu.
Paşinyanın babası faşistlərin tərəfində döyüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın babası nasistlərlə əməkdaşlıq edib. Bu fakt Paşinyanın böyük vətən müharibəsindəki qələbənin 75 illiyi münasibətilə babasının şəklini sosial media hesabından paylaşmasından sonra ortaya çıxıb. Paylaşımdan sonra sosial media istifadəçiləri şərh yazaraq baba Paşinyanın 1943-cü ildə nasist almaniyası sıralarında, yəni Qaregin Njdenin SS legionunda vuruşduğunu yazıblar. Həmçinin "yerevan today", "iravunk.am" və digər erməni saytları da məlumatı təsdiqləyən xəbərlər paylaşıblar.

Böyük Vətən Müharibəsindəki qələbənin 75-ci ildönümü münasibətilə bir çox insanın müharibə iştirakçısı olmuş babalarının şəkillərini paylaşdıqları bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan da bu sıraya qoşulub...

Paşinyanın bu fotonu "İnstagram" və "Facebook" hesablarından paylaşdıqdan dərhal sonra istifadəçilər ora şərh yazaraq bildiriblər ki, onun babası - böyük Nikol Paşinyan İkinci Dünya Müharibəsi zamanında, 1943-cü ildə nasist Almaniyası sıralarında, yəni Qaregin Njdenin SS legionunda vuruşub. Ardınca bir sıra erməni mətbuat orqanları bu məlumatları təsdiqləyən xəbərlər paylaşmağa başlayıblar .

Həmçinin "yerevan.today" saytı böyük Nikol Paşinyan haqqında Rusiyanın "magnis.nyus" portalında gedən "Düşmənlə əməkdaşlıq edirdi, öldürüldü" məqaləsini yayımlayıb.

Böyük Vətən Müharibəsi zamanı ölmüş və itkin düşmüş şəxslərin məlumatlarının siyahıya alındığı "obd-memorial.ru" saytında isə Nikol Paşinyanın yayımladığı məlumatları axtararkən sayt bunları təqdim edir: "Doğum tarixi - 23.12.1913, Doğulduğu yer - Ermənistan, Yenokavan, Taleyi - düşmənlə əməkdaşlıq etdi, öldü, Ölüm tarixi - 29.09.1943"

Ermənistanın Baş nazirinin, babası Nikola Paşinyan ilə əlaqəli təqdim etdiyi informasiyalar və axtarış saytının məlumatları üst-üstə düşür, burada qeyd olunur ki, Nikolay Vartanoviç Paşinyan 1913-cü ildə Ermənistanda Yenokavan kəndində anadan olub və 1943-cü ildə vəfat edib...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ