SON DƏQİQƏ
» » Təhsil naziri düşmən təxribatından danışdı

Təhsil naziri düşmən təxribatından danışdı

Tarix:

16-10-2020, 11:16

/ 4 025 dəfə oxundu.
Təhsil naziri düşmən təxribatından danışdı

27 sentyabrdan etibarən Ermənistan tərəfindən həm təhsil müəssisələriənə, həm mülki əhaliyə qarşı hücumlar qeydə alınmışdı. Bu səbəblə hazırda 40 məktəb xəsarət alıb, bir neçə məktəb binası isə raket atəşinə məruz qalıb.

Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqdə deyib:

"Nəticə etibarilə bir çox bölgələrdə 1201 təhsil müəssisəsi təhsil fəaliyyətini distant təhsilə keçirib. Eyni zamanda Ermənistanın təcavüzü nəticəsində 3 şagird vəfat edib, 15 şagird müxtəlif dərəcəli xəsarətlər alıb. Məktəblilərin, məktəblərin, təhsil işçilərinə qarşı törədilən cinayətlər cavabını almaqdadır. Şad xəbərlər eşidirik və davamlı olmasına inanırıq. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuz qısa zamanda torpaqları işğaldan azad edə biləcək. Yaşadığımız günlər xalqımız üçün tarixi əhəmiyyət daşıyan dövrdür"

O qeyd edib ki, digər ölkələrdə koronavirusub ikindi dalğası müşahidə olunur: "Payız mövsümü ilə əlaqədar yoluxmanın artması gözləniləndir. Nəzərə alaq ki, biz həm də müharibə şəraitindəyik. Təhsil müəssisələrindəki vəziyyətlə bağlı ictimaiyyətə məlumat verilmişdi. Son günlər ərzində 10-15 məktəbi bağlamaq məcburiyyətində idik. Müəllimlər arasında yoluxma halları artqıda məktəb, şagirdlər arasında olduqda isə sinifi bağlayırdıq. İnanıram ki, qarşıdakı 2 həftə ərzində tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxma dinamikasına nəzarət edə biləcəyik. Noyabrın 2-dən başlayaraq dərslərin davam etdirilməsi haqqında danışmaq üçün tezdir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ