SON DƏQİQƏ
» » Dövlət imtahanından hansı mövzular çıxarılıb?

Dövlət imtahanından hansı mövzular çıxarılıb?

Tarix:

21-05-2020, 16:14

/ 2 953 dəfə oxundu.
Dövlət imtahanından hansı mövzular çıxarılıb?

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular açıqlanıb.

2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb.

Aşağıdakı linkdə sizə 2020-ci ilin fevral ayında "Abituriyent” jurnalının 1-ci nömrəsində dərc edilmiş "Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nı qısaldılmış formada təqdim edirik. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular

"Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın tam mətni ilə "Abituriyent” jurnalının 1-ci nömrəsində tanış ola bilərsiniz. Jurnalı DİM-in kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ