SON DƏQİQƏ
» » Mayın 5-də valideynlərin çoxu övladını məktəbə göndərməyəcək?-SƏBƏB?

Mayın 5-də valideynlərin çoxu övladını məktəbə göndərməyəcək?-SƏBƏB?

Tarix:

21-04-2020, 15:49

/ 2 309 dəfə oxundu.
Mayın 5-də valideynlərin çoxu övladını məktəbə göndərməyəcək?-SƏBƏB?

"Dərslər mayın 5-i açılarsa valideynlərin çoxu övladını məktəbə göndərməyəcək. Hətta bəziləri gedib xəstəxanadan xəstəlik, icazə kağızı alacaqlar”.  
Bu sözləri Yeniavaz.com-a açıqlamasında təhsil-eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, xəstəlik tam aradan qalxmasa valideynlərin narahatlığı getməyəcək: "Mənim fikrimcə mayın 5-i dərs başlamaya bilər. Əgər başlasa belə valideynlərin çoxu övladını məktəbə göndərməyəcək.  Hətta, bəziləri gedib xəstəxanadan xəstəlik, icazə kağızı alacaqlar. Bu xəstəlik sovuşmadığı təqdirdə narahatlıqlar olacaq. Narahatlıq o vaxt aradan qalxar ki, ölkədə koronavirusa yoluxma halı 1-2 rəqəminə qədər düşsün. Buna görə də çoxlu davamiyyət problemi yaranacaq”.
Ekspert həmçinin bildirdi ki, müəllimlər ilk növbədə dərsə yüngül giriş etməlidirlər:
"İlk dərs, karantin dövründə uşaqların günlərini necə keçirdikləri, epidemiyadan qorunmağın yolları, şəxsi gigiyena qaydaları haqqında olunmalıdır. Bundan sonra isə müəllimlər dərs proqramında karantindən əvvəl harda qalmışdılarsa, oradan davam etməlidirlər. Bu mövzuda artıq fərqli müzakirələr gedir. Teledərslər, virtual dərslər keçirildi, "niyə qalındığı yerdən davam etməlidir?” kimi suallar meydana gəlir. Hamıya məlumdur ki, dövlət bu dərsləri icbari formada təqdim edə bilmədi. Bu dövlətin qüsuru deyil. Ölkəmizin hər yerində internet güclü səviyyədə deyil və eyni zamanda hər şagirdin evində internet yoxdur. Buna görə də əlavə dərs saatları, şənbə-bazar dərsləri salına bilər. Bu yollarla proqramı yekunlaşdırmaq mümkündür”.
Qoşqar Məhərrəmov Yeniavaz.com-a açıqlamasında dərslərin avqustda başlanmasının tərəfdarı olmadığını söylədi:
"Avqustun 15-də dərslərin açılması barədə yekun qərarı nazirlik verəcək. Bununla bağlı proqnoz vermək çətindir. Lakin, onu deyə bilərəm ki, həmin vaxtda dərsin başlanması yaxşı olmaz. Çünki, avqustun 15-i havaların çox isti olduğu bir dövrdür və bu zaman günvurma kimi hadisələr baş verə bilər. Eyni zamanda məktəblərin soyutma sistemləri yaxşı səviyyədə deyil, şagirdlərin dərsə adaptasiyası çətin olar. Sentyabrın 1-i başlasa daha yaxşıdır. Əvvəllər də "Bilik günü” o tarixdə olurdu”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ