SON DƏQİQƏ

Azərbaycan Universitetlərində əməkdaşlığın yeni mərhələsi

Tarix:18-01-2020, 09:37 Oxunub:1 301

 

GunAz.az bildirir ki, 16-18 yanvar 2020-ci il tarixində Bakı Biznes Universitetində koordinatoru olduğu “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində konfrans keçirilmişdir.

 Konfransda layihənin tərəfdaşı olan Azərbaycan Universitetlərindən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin rektorları və prorektorları, həmçinin İngiltərədən olan layihə üzrə ekspert Corc Dafolas iştirak etmişdir. Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof İbad Abbasov açmış və tədbirin aktuallıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Konfransda universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kreditlərin tanınması, ortaq konfransların, simpoziumların təşkil edilməsi məsələləri müzakirə edilmiş və layihənin davamlılığının təmin edilməsi üçün qeyd edilən məsələlər üzrə bütün tərəfdaş universitetlər arasında əməkdaşlıq müqavilələri imzalanmışdır. Konfransın davamı olaraq 18 yanvar 2020-ci il tarixində Bakı Biznes Universitetində tələbəyönümlü təhsillə bağlı tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<