SON DƏQİQƏ
» » Bakı Biznes Univeristetində təhsildə keyfiyyət təminatı ilə bağlı təlim keçirilmişdir

Bakı Biznes Univeristetində təhsildə keyfiyyət təminatı ilə bağlı təlim keçirilmişdir

Tarix:

9-01-2020, 08:32

/ 1 717 dəfə oxundu.
Bakı Biznes Univeristetində təhsildə keyfiyyət təminatı ilə bağlı təlim keçirilmişdir

 

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsi çərçivəsində  Bakı Biznes Universitetində bütün professor-müəllim heyətinin iştirakı ilə keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən geniş məzmunda 1 günlük təlim keçirilmişdir. Təlimin məqsədi tədris prosesinin tələbəmərkəzli yanaşma əsasında qurulmasını praktiki olaraq nümayiş etdirmək olmuşdur.

Belə ki, təlim müddətində tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris metodları, qiymətləndirmə və mənimsəmə nəticələri və onların müəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təlimçi tərəfindən təqdimat keçirilmişdir. Eyni zamanda tələbəmərkəzli yanaşmanın əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsinə imkan verən sorğu və geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılmışdr.

Daha sonra professor-müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdirmişlər. Təlim sual-cavab diskussiyası ilə davam etdirilmiş və faydalı müzakirələr aparılmışdır.

Bakı Biznes Univeristetində təhsildə keyfiyyət təminatı ilə bağlı təlim keçirilmişdir

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ