SON DƏQİQƏ
» » Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

Tarix:

15-05-2019, 09:33

/ 478 dəfə oxundu.
Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

GunAz.az xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.(Trend)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ