SON DƏQİQƏ
» » Rezidenturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Rezidenturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Tarix:

16-07-2018, 10:35

/ 10 434 dəfə oxundu.
Rezidenturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. 
Dövlət İmtahan Mərkəzindən GunAz.az-a verilən məlumata görə,müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ