SON DƏQİQƏ
» » Ceyhun Bayramov Gürcü həmkarı ilə telefonla danışdı

Ceyhun Bayramov Gürcü həmkarı ilə telefonla danışdı

Tarix:

22-01-2021, 22:53

/ 1 498 dəfə oxundu.
Ceyhun Bayramov Gürcü həmkarı ilə telefonla danışdı

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

XİN-dən GunAz.az-a bildirilib ki, Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib.

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ