SON DƏQİQƏ
» » ABŞ və Fransa Qarabağ bəyanatı haqda MƏLUMATLIDIR-Lavrov

ABŞ və Fransa Qarabağ bəyanatı haqda MƏLUMATLIDIR-Lavrov

Tarix:

21-11-2020, 08:00

/ 3 459 dəfə oxundu.
ABŞ və Fransa Qarabağ bəyanatı haqda MƏLUMATLIDIR-Lavrov

ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşması barədə tam informasiya verilib.

 

"RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

"Biz bu günlərdə həmsədrlər, Moskvanı ziyarət edən amerikalı və fransızlarla yaxın təmasdayıq. Mən onlarla görüşürəm, mənim həmkarlarım görüşür. Onlara 9 noyabrda imzalanan müqavilənin son illərdə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən razılaşdırılmış və dünyada geniş dəstək görən prinsiplərə tam uyğun olduğunu bir daha təsdiqləyən hərtərəfli məlumat verilib”, - deyə S.Lavrov bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ