SON DƏQİQƏ
» » Borcunuzu və borcunuzun məsuliyyətini unutmayın!

Borcunuzu və borcunuzun məsuliyyətini unutmayın!

Tarix:

30-10-2020, 19:15

/ 5 234 dəfə oxundu.
Borcunuzu və borcunuzun məsuliyyətini unutmayın!

Düşmən ölkə növbəti dəfə öz terrorçu və faşist mahiyyətini ortaya qoydu. Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutması və bunun nəticəsində 21 nəfərdən çox soydaşımızın həyatını itirməsi, 70 nəfərdən çox mülki insanlarımızın xəsarət alması, yaralanması bir daha Ermənistan dövlətinin azğınlığını, barbarlığını göstərir.
Bu fikirləri GunAz.az-a bildirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov qeyd etdi ki, bu ölkə nə adi insanlıq dəyərləri ilə, nədəki Cenevrə Konvensiyalarının tələbləri ilə, beynəlxalq hüququn normaları ilə qətiyyən hesablaşmır. Ermənistan özünü normal dövlət kimi deyil, açıq-aşkar terrorçu qurum kimi aparmaqla beynəlxalq hüququ ayaqlar altına atır, dünya birliyinə qarşı saymazyana davranır.
Partiya sədri bildirdi ki, ən təəccüblüsü də budur ki, dünya birliyi, BMT kimi, UNİCEF kimi mötəbər təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan adlı terrorçu dövlətin vandalizm və soyqırım təşəbbüslərinə şübhəli şəkildə susur. Əgər eyni addımları Azərbaycan Ermənistana qarşı atmış olsaydı, dünya birliyi dediyimiz həmin o kar və kor qüvvə indi Azərbaycana qarşı rəsmən səlib yürüşü təşkil edərdi. Deməli, günümüzün dünya reallıqlarında beynəlxalq hüququn normaları yox, ikili standartlar hökmranlıq edir.
Əlisahib Hüseynov bu cür ikibaşlı davranışlara, ədalətsiz siyasətə və terrorçu ölkənin cəzasız qalmasına qəti şəkildə etirazını bildiririb: "Biz BMT-dən, ATƏT-dən işğalçı ölkənin nazıyla oynamaq siyasətindən əl çəkməyi tələb edirik. Biz Ermənistanın uşaqları qətlə yetirən ölkə kimi ifşa edilməsini və məsuliyyətə cəlb olunmasını tələb edirik. Biz beynəlxalq təşkilatlardan, super dövlətlərdən beynəlxalq hüquqa hörmətlə yanaşmağı tələb edirik. Biz həmsədrlərdən vicdanlı vasitəçilik tələb edirik. Haqqın, ədalətin yanında olmağınızın vaxtı çoxdan yetişib, cənablar! Azərbaycan xalqının haqq səsini eşitmək sizin birbaşa vəzifəniz, borcunuzdur. Borcunuzu və borcunuzun məsuliyyətini unutmayın"!
Partiya sədri qeyd etdi ki, Onu da unutmayın, heç bir terrorçu dövlət, heç bir raket atəşləri Azərbaycan Ordusunun qarşısını ala bilməz, Ali Baş Komandanımızın əzmini sarsıda bilməz! Azərbaycan xalqı öz torpaqlarının işğaldan azad edilməsini istəyir. Bu bizim təbii, tarixi haqq və hüququmuzdur. Siz də bizim bu haqq və hüququmuzla hesablaşmalısınız! Siz işğalçı ölkənin yanında yox, torpaqları işğala məruz qalan xalqın yanında yer almalısınız. Elə isə buyurun, ədalətliliyinizi göstərin! Qarabağımızı işğalçıya peşkəş etməyin, yedirtməyin!
Mən böyük bir üzüntü hissilə Bərdə soyqırımı nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə başsağlığı verirəm. Yaralanmış soydaşlarımıza da tez sağalmalarını arzu edirəm!
Millətimizin baş sağ olsun! Allah Ordumuza və Dövlətimizə qüvvət versin! 
Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ