SON DƏQİQƏ
» » Mağara adamları - Paşinyan maska altında nəyi gizlədir?

Mağara adamları - Paşinyan maska altında nəyi gizlədir?

Tarix:

14-07-2020, 21:36

/ 1 493 dəfə oxundu.
Mağara adamları - Paşinyan maska altında nəyi gizlədir?

Öz yalançı dilini? Üzünün arsız ifadəsini? Bəlkə orada nəyisə gövşəyir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən təkcə bizim vətəndaşlara deyil, dünyaya müraciət etdi. O, cəsarətlə bildirdi ki, Ermənistan silahlı qüvvələrinin artilleriya zərbəsi nəticəsində ordumuz 4 nəfərini itirib. Prezident həmçinin dedi ki, Azərbaycan ordusu erməni mövqelərinə endirdiyi cavab zərbəsilə düşməni sarsıdıcı itkilərə məruz qoyub.

Bunun ardınca Azərbaycanın televiziya kanalları nə baş verdiyini nümayiş etdirdilər: erməni hərbi texnikası daldalanacaqdadır, bu zaman raket onu dağıdır. Alov polad texnikanı, hərbi sursatı məhv edə bilir, …amma hərbi qulluqçuları – yox. Baş nazir Paşinyan belə iddia yürüdür.

Ona inanmağa hazır idim. Nə bilmək olar, bəlkə o, İştoyanı görüb… Elə bu vaxt ağlıma belə fikir gəldi ki, Paşinyan haqlıdır – məhv edilən texnikaya xidmət göstərən əsgərlər erməni deyildi. Yoxsa, "yoxa çıxan” hərbçilərin qohumları sabah İrəvan küçələrinə çıxanda gəl bunun qabağında dur, onlara cavab ver.

Deməli, orada həlak olanlar muzdlularmış. Rusiyadan, Suriyadan, Livandan – bunun əhəmiyyəti yoxdur. Necə ki, onların həyatı Ermənistan üçün əhəmiyyətsizdir. Axı onlar cəmi-cümlətanı qırğınlıq ətdir.

Və Paşinyan bu əti gəmirdi. Sonra isə ağzını maska ilə qapatdı.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ