SON DƏQİQƏ
» » İsa QƏMBƏR: Bu məsələlər bizi SSSR-nin bərpasına apara bilməz

İsa QƏMBƏR: Bu məsələlər bizi SSSR-nin bərpasına apara bilməz

Tarix:

22-04-2020, 08:12

/ 2 894 dəfə oxundu.
İsa QƏMBƏR: Bu məsələlər bizi SSSR-nin bərpasına apara bilməz

Rusiya prezidenti Vladimir Putin bugünlərdə yayılmış müsahibəsində SSRİ-nin mümkün bərpası ilə bağlı qorxulardan, keçmiş sovet ölkələrinin birgə cəhdlərinin hamının xeyrinə olmasından danışıb. Həmin fikirlər müzakirələrə yol açsa da, buna ciddi yanaşmayanlar da var.
GunAz.az xəbər verir ki, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər son dövrlər postsovet ölkələri arasında yaxınlaşma getmədiyini, əksinə, məsafə yarandığını, bir sıra ölkələrin çağdaş dünyada öz yerini tutmaq üçün addımlar atdığını, təxminən 30 il öncə yaradılmış Müstəqil Dövlətlər Birliyinin isə formal bir quruma çevrildiyini bildirir.
İ.Qəmbərin qənaətincə, indiki Rusiya hakimiyyətinin "imperialistfason" siyasət yürütməsi xalqları və dövlətləri ondan çəkindirir, ona görə də SSRİ-nin bərpası və ya MDB ölkələrinin yaxınlaşması haqda danışmaq absurddur. Bundan başqa, o, yaxınlaşmaq üçün ortaya müsbət nümunə qoyulmalı olduğunu düşünür. İ.Qəmbərin fikrincə, Rusiyada gerçək islahatlar getsəydi, çağdaş dünyada öz yerini tutmuş demokratik dövlət qurulsaydı, dövlət vətəndaşlarına sayğıyla yanaşsaydı, normal seçkilər keçirsəydi, qonşularla dostluq, qardaşlıq siyasəti aparsaydı, bəlkə də bu deyilənlər haqqında nəzəri də olsa, düşünmək mümkün idi:
SSRİ-ni necə təsəvvür edirsiz?
"Amma bu da yoxdur. Rusiya uğursuz dövlətə çevrilib. Aparıcı dövlətlərlə münasibətləri gərginləşdirib, sanksiyalar altındadır, müstəqil iqtisadiyyat qura bilməyib, neftdən asılı ölkə kimi qalıb. Daha bir səbəb də Rusiyanın qonşu ölkələri özündən asılı vəziyyətə, təsir dairəsinə salmaq üçün yaratdığı etnik konfliktlərdir. Rusiya Dağlıq Qarabağ problemini yaratmaqla Azərbaycanla Ermənistanı özündən asılı vəziyyətə salmağa çalışır. Gürcüstanın ərazisinin önəmli bir hissəsini ayırıb, Moldovada Dnestryanı, Ukraynada Donbas-Luqansk, Krımın ilhaqı problemini yaradıb. Bütün bunlar postsovet ölkələrini Rusiya ilə yaxınlaşmağa cəlb edə bilməz".
İ.Qəmbər bir məqamı da vurğulayır. O, postsovet respublikalarından bəzilərinin demokratik yolla getmədikləri, xalqın etimadını qazanmadıqları üçün beynəlxalq birliklə münasibətləri inkişaf etdirə bilmədiklərini və bu səbəbdən də Putin hakimiyyətindən asılı vəziyyətə düşdüklərini söyləyir. MSDM rəhbərinin qənaətincə, bu məqam onların maraqlarını bir qədər yaxınlaşdırsa da, başqa şəkildə yaxınlaşmadan danışmaq mümkün deyil.
Mərdan Dolğun

скачать dle 12.1

Şərhlər