SON DƏQİQƏ

Ermənistanda Konstitusiya Məhkəməsi hakiminin impiçment prosesi başladı

Tarix:19-09-2019, 20:41 Oxunub:1 650

Ermənistanda Konstitusiyası Məhkəməsi hakiminin impiçment prosesi başladı.

“Mənim addımım” hakim deputat fraksiyasının rəhbəri Lilit Makunç Ermənistan parlamentinin sədrinə Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərar layihəsini təqdim edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə qanunverici orqanın saytında məlumat verilib.

“Milli Məclis Konstitusiya Məhkəməsinin hakimi (üzvü) Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib”, - deyə parlamentin saytında yerləşdirilən qərar layihəsində deyilir.

Qətnamə layihəsinə əlavə edilmiş izahatlarda, yol verilmiş qanun pozuntuları sadalanır. Xüsusilə qeyd olunur ki, böyük ehtimalla, qərəzli münasibət bəslədikləri üçün Tovmasyan və başqa iki hakim ölkənin keçmiş prezidenti Robert Koçaryanın işinə baxa bilməzdilər. 

Bundan əvvəl Makunç jurnalistlərə bildirmişdi ki, fraksiya qərar layihəsini parlamentin spikeri Ararat Mirzoyana təhvil verəcək, o isə öz növbəsində prosesi müvafiq komissiyadan keçirəcək.

Ermənistan parlamentinin reqlamentinə görə, qanunverici orqan Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin dayandırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Müvafiq qərar gizli səsvermə yolu ilə ümumi deputatların beşdə üçünün səs çoxluğu ilə qəbul edilməlidir.

Ermənistan qanunvericiliyinə görə, Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə siyasi fəaliyyətlə məşğul olmağa qoyulan qadağanın pozulması, sağlamlığında yaranmış problemlə bağlı vəzifədə qala bilməməsi və ya intizam qaydalarının pozulması hallarında Konstitusiya Məhkəməsinin qərarı ilə xitam verilə bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<