SON DƏQİQƏ
» » Əli Həsənov radikal müxalifətə niyə hücüm edir? – PA rəsmisindən şərh

Əli Həsənov radikal müxalifətə niyə hücüm edir? – PA rəsmisindən şərh

Tarix:

30-07-2019, 17:16

/ 1 320 dəfə oxundu.
Əli Həsənov radikal müxalifətə niyə hücüm edir? – PA rəsmisindən şərh

"Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov keçdiyimiz günlərdə gündəmin aktual mövzuları ilə bağlı əhatəli bir yazı qələmə alaraq, ictimai maraq doğuran bəzi məsələlərə aydınlıq gətirmişdir. O, geniş rezonans doğuran məqaləsində yaxın tariximizə ekskursiya etmiş, dövlət quruculuğumuzun inkişaf mərhələlərini əsaslı şəkildə təhlil etmiş, əldə edilən uğur və nailiyyətləri hər vəchlə qaralamağa çalışan radikal müxalifət cəbhəsini təkzibolunmaz faktlarla növbəti dəfə ifşa etmişdir”.

GunAz.az xəbər verir ki, bu haqda Prezident

Adminstrasiyasının rəsmisi Bəhruz Həsənov özünün facebook hesabında yazıb. Əli Həsənovun dövlətin ideoloji kursu ilə məşğul olan, informasiya siyasətini həyata keçirən şöbənin rəhbəri və eyni sahə üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin köməkçisi olduğunu xatırladan müəllif onun mövqeyini ifadə etməsində qeyri-adi heç nə olmadığını bildirib:

"Respublikanın ictimai-siyasi həyatından birbaşa məsul olan dövlət rəsmisi kimi Əli Həsənovun zaman-zaman bu cür analitik və konseptual yazılarla çıxış etməsi tamamilə normaldır, hətta vacibdir. Belə aydın olur ki, məqalədə ifşa olunan radikal anti-milli ünsürlər və dövlətimiz üçün ağır nəticələnən hərc-mərclik dövrünün tör-töküntüləri üçün məlum yazı sarsıdıcı zərbə olub. Çünki Prezidentin köməkçisi həmin məqaləsində yaxın tariximizə bir daha işıq tutaraq, AXCP sədrinə çox da öyünüləsi olmayan siyasi keçmişini xatırladıb, onun xatırlamaq istəmədiyi faktları sadalayıb və layiq olduğu yeri göstərib. Əli Həsənovun Kərimlinin timsalında radikal müxalifət qanadına hücum etməsini müxtəlif yerlərə yozanlar yaxşı olardı ki, "Keşikçidağ” məsələsində AXCP sədrinin anti-milli, provakativ və qərəzli mövqeyinə nəzər yetirəydilər. O, var gücü ilə ictimai rəyi manipulyasiya edib hakimiyyəti təzyiq altına salmağa və ölkəmizi yeni toqquşmaya sürükləməyə çalışırdı. Ehtimal etmək çətin deyil ki, "Keşikçidağ” məsələsi Əli Kərimlinin rəhbər vəzifədə təmsil olunduğu AXC-Müsavat cütlüyünün fərsiz hakimiyyəti dövründə baş versəydi, Azərbaycan yeni bir böhrana yuvarlanacaqdı.

Beləliklə, Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi onların hakimiyyətə qarşı destruktiv və qərəzli mövqe tutmaları, ümumilli məsələlərdə dövlət maraqlarına zidd mövqe sərgiləmələri, ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləridir. Təəssüf ki, Əli Kərimli və onun tərəfdaşları tənqiddən nəticə çıxarmaq, bir hissəsində yer aldıqları məqaləni dərindən öyrənib, tezisləşdirib siyasi dünyagörüşlərində köklü islahatlar aparmaq yerinə şər-böhtan maşınını işə salmağa üstünlük veriblər. Adətən aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur”.

P.S. Hiss olunur ki, Əli Həsənovun öz məqaləsinin bir neçə abzasını Əli Kərimliyə həsr etməsi onu həyəcanlandırıb və xoşbəxtlik bəxş edib. Yazıda özü haqqında sərt ifadələrin yer almasına baxmayaraq, AXCP sədri Prezidentin köməkçisi tərəfindən adının çəkilməsinin eyforiyasına qapılır, özünü bəxtəvər hiss edir və bundan piar kimi istifadə etməyə təşəbbüs göstərir. Bu da təbiidir. Hansı ki, illərdir dəridən-qabıqdan çıxanlar bu uğura nail ola bilmirlər...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ