SON DƏQİQƏ

Dövlət başçısı sərəncamlar imzaladı

Tarix:

26-11-2018, 21:52

/ 10 264 dəfə oxundu.
Dövlət başçısı sərəncamlar imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, Gömrük Məcəlləsində 323.1.5-ci və 323.1.6-cı maddələr ləğv edilib, habelə aşağıdakı məzmunda 323.2-1-ci maddə əlavə edilib:

“323.2-1. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1293-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 44.5-ci maddəsi aşağıdakı redaksiyada verilib:

“44.5. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ