SON DƏQİQƏ
» » Azərbaycan XİN polşalını “qara siyahı”dan çıxardı

Azərbaycan XİN polşalını “qara siyahı”dan çıxardı

Tarix:

12-10-2018, 18:14

/ 10 352 dəfə oxundu.
Azərbaycan XİN polşalını “qara siyahı”dan çıxardı

Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə GunAz.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb. O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ