SON DƏQİQƏ
» » Rusiyadan açıqlama – Naxçıvanla sərhəddə monitorinq…

Rusiyadan açıqlama – Naxçıvanla sərhəddə monitorinq…

Tarix:

17-08-2018, 15:22

/ 10 259 dəfə oxundu.
Rusiyadan açıqlama – Naxçıvanla sərhəddə monitorinq…

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasındakı sərhəddə monitorinqin keçirilməsi məsələsi ATƏT-də müzakirə olunmayıb.

GunAz.az xəbər verir ki, bu barədə münaqişə zonasına daxil olmayan ərazilərdə monitorinqin keçirilməsinin mümkünlüyü ilə bağlı ATƏT Minsk Qrupunun həmsədri qismində rəsmi Moskvanın mövqeyi barədə suala cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, bu anadək həmin məsələ ATƏT çərçivəsində müzakirə olunmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirmişdi ki, rəsmi İrəvan Ermənistanın Naxçıvanla sərhəd bölgələrində monitorinqin keçirilməsi ilə dəfələrlə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinə müraciət edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ