SON DƏQİQƏ
» » Rusiyanın yeni səfiri Məmmədyarovla görüşdü

Rusiyanın yeni səfiri Məmmədyarovla görüşdü

Tarix:

8-06-2018, 19:14

/ 10 313 dəfə oxundu.
Rusiyanın yeni səfiri Məmmədyarovla görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.
 
XİN-dən Gunaz.az-a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib. 

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olunub.
 
Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Rusiyanın yeni səfiri Məmmədyarovla görüşdü

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ