SON DƏQİQƏ
» » İlham Əliyev: "Ermənistanı təcrid siyasəti davam etdiriləcək"

İlham Əliyev: "Ermənistanı təcrid siyasəti davam etdiriləcək"

Tarix:

8-02-2018, 14:57

/ 1 237 dəfə oxundu.
İlham Əliyev: "Ermənistanı təcrid siyasəti davam etdiriləcək"

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib. 

“Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.

Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib.

Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir. 

Azərbaycanın bu yolla uğurla getdiyini bəyan edən prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması gələcək illərdə də diqqət mərkəzində saxlanacaq.

Ölkə başçısı gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu bildirib.

Prezident İlham Əliyev 2018-ci ilin də sürətli inkişaf ili olacağına əminliyini ifadə edib.

Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, Cənub Qaz layihəsinin əhəmiyyətindən danışan dövlət başçısı ölkənin malik olduğu iqtisadi güc və resursların siyasi müstəqilliyimizi də gücləndirdiyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ