SON DƏQİQƏ
» » Prof. Dr. Aygun Attar! Haqlı davanızda sizinləyik!

Prof. Dr. Aygun Attar! Haqlı davanızda sizinləyik!

Tarix:

13-05-2017, 19:19

/ 3 295 dəfə oxundu.
Prof. Dr.  Aygun Attar! Haqlı davanızda sizinləyik!

 Erməni diasporunun sözcülüyünü edən bu şəxs toxunulmaz zirehini Türküyəmizə xəyanət fəaliyyətləri üçün istifadə edir

Prof. Dr. Attardan erməni millət vəkilinə etiraz

 Prof.dr. Aygün Attar öz feysbuk səhifəsində erməni millət vəkilinin iç üzünü açıb. O, qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində ,AK Partiya, CHP və HDP də özlərini rəsmən erməni şəxsiyyəti ilə elan etmiş olan bir millət vəkil var. Rəsmən deklare etmək ifadəsini xüsusilə istifadə etdim, çünki HDP li vəkil Qaro Paylana görə "Türkiyədə köhnədən gizli ermənilər, həqiqi kimliklərini gizlətməyə çalışırdılar".
Şəxsi müşahidələrimə görə, hələ də bunu saxlayan bir kütlə var aramızda amma mövzumuz bu deyil. Qaro Paylan TBMM-nin bütün üzvləri kimi biz vətəndaşların vergiləri ilə dövlətimizin özlərinə ödədiyi yüksək  maaş alır. Ayrıca Erməni diasporunun dəvəti ilə tez-tez xaricdə iştirak etdiyi  bütün yığıncaqlar üçün də ona əlavə olaraq pul ödənməkdədir.
Gəlin görün ki, bu şəxs o məbləği son qəpiyinə qədər Türkiyə əleyhinə fəaliyyət üçün xərcləyəcək qədər üzsüzdür. "Türkiyədə hər gün Soyqırım yaşanır" deyərək vətəndaşı olduğu dövlətin ona  təqdim etdiyi imkanlarla iştirak etdiyi  bütün tədbirlərdə  ölkəsinə böhtan atacaq, "Hədəfimiz soyqırımı qəbul etmək və soyqırım qurbanlarının nəvələrindən üzr istətməkdir" deyəcək qədər xaindir. "Uğursuz bir zərbə təşəbbüsü yaşadıq" deyərək Fetonun qalib gəlməməsinə kədərləndiyini ifadə edəcək qədər vətən xayinidir.
Türkiyə Böyük Millət Məclisində və iştirak etdiyi ölkə daxili və xarici tədbirlərdə Erməni diasporunun sözcülüyünü edən bu şəxs toxunulmaz zirehini vətənə xəyanət fəaliyyətləri üçün istifadə edir, heç kim də ondan hesabat  tələb etmir. Türkü və Türklüyü ucaldan, tarixdə bu millətə layiq olduğu qüruru təqdim edən, Anafartaların müzəffər komandiri, Dövlətimizin ilk prezidenti Mustafa Kamal Atatürkə dil uzatmağı bacarıq hesab edən, anasına ailəsinə sayıqlama dolu iftiralar atan sözdə "milli qeyrəti" yüksək olan şəxslər niyə bir dəfə də olsun Qaro Paylana sərt reaksiya vermirlər. Aidiyyət duyğusu və etnik fanatizmlərimi  mane olur? Qaro Paylanın və onun kimilər Feto, PKK və Erməni diasporu ilə əməkdaşlıq içərisində Türkiyəyə Türk Millətinin uca dəyərlərinə hücum edirlər. Bu ölkədə bunlara bir Allahın qulunun niyə səsi çıxmır? Türk düşmənliyinin, Soyqırım, Pkk sevgisinin, Tv proqramında təxribat məqsədli məsləhət edənləri izləyirik və susuruq, nə üçün? Böyük Millət Məclisinin damı altında etnik ayrı-seçkilik, vətənə xainlik edən Qaro Paylan kimi kiçik insanlar, alçaq bir zərbə ilə dövləti ələ keçirməyə təşəbbüs edən Fetonun kripto işçiləri ölkəni çətinliyə soxmaq üçün fövqəladə səylə çalışmaqdadır. Bunlardan niyə haqq hesab soruşmuruq?
Aygün Attar paylaşımında Qaro Paylanı məhkəməyə verecəyini qeyd edib.
Xatırladırıq ki, Ermənistan, Türkiyə Millət Məclisinin vəkili Qaro Paylana sözdə Erməni soyqırımının ildönümü səbəbi ilə bu mövzu ilə əlaqədar göstərmiş olduğu xidmətləri görə üstün dövlət nişanı vermişdir...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ