SON DƏQİQƏ

Kamil Zeynallı yenidən saxlanıldı

Tarix:14-12-2020, 16:29 Oxunub:6 042

Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.

Qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib:

"O, stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib. Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib. Kamil Zeynalı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib”.

Qeyd edək ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<