SON DƏQİQƏ
» » "Bu məxluqun ailəmizə vurduğu zərbəni illərdir yaşayırıq"-İlahə Fədadan ŞOK AÇIQLAMA/VİDEO

"Bu məxluqun ailəmizə vurduğu zərbəni illərdir yaşayırıq"-İlahə Fədadan ŞOK AÇIQLAMA/VİDEO

Tarix:

3-02-2020, 20:27

/ 2 003 dəfə oxundu.
"Bu məxluqun ailəmizə vurduğu zərbəni illərdir yaşayırıq"-İlahə Fədadan ŞOK AÇIQLAMA/VİDEO

"Mən dəli deyiləm ki, durduğum yerdə kiməsə elə ağır söz deyim! Yəqin ki, haqq edib ki, mən belə dedim. Bu məxluqun ailəmizə vurduğu zərbəni mən və ailəm illərdir yaşayırıq".

GunAz.az-ın məlumatına görə, bu sözləri müğənni Fədayə Laçının bacısı İlahə Fəda sosial şəbəkədə bildirib.

Qeyd edək ki, müğənni son günlər ona qarşı sosial şəbəkələrdə kampaniyanın başladıldığını deyib. O, həmçinin videomüraciət edərək, digər açıqlmaları ilə də diqqət çəkib:

"Ürək süfrə deyil, boğuluram. Mənim deyə bilmədiklərimi bütün musiqi aləmi bilir. Hamı bilir ki, o, mənim ailəmə necə zərbə vurub. Həmin zərbəni neçə illərdir yaşadığıma görə həzm edə bilmirəm".

İlahə Fəda sosial şəbəkədə yayılmış videosunda həmçinin bacısı İlahə Fədanın Tacir Şahmalıoğlu ilə birgə toylarda çıxış etməsinə də aydınlıq gətirib:
"İndi deyəcəksiz ki, İlahə, belə danışırsan, bacın çıxıb onunla efirdən duet oxuyur. Bacım hər şeyi həzm elədiyinə görə başına o işlər gəldi. Mən istəyirəm ki, ona zərər vuran keçmişi yanında olmasın. Mən bunu istəyirəm. Bu işləri zamana buraxıram. Allahdan arzu edirəm ki, mən haqsız çıxım".

Bildirək ki, İlahə Fəda son günlərdir bacısı Fədayə Laçının keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə qalmaqal yaşayır.

https://youtu.be/Uoe1YMADrNA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ