SON DƏQİQƏ

Maral Tahirqızı ağır yol qəzasında öldü

Tarix:

1-10-2019, 11:01

/ 1 707 dəfə oxundu.
Maral Tahirqızı ağır yol qəzasında öldü

Müğənni Maral Tahirqızı (Gülməmmədova Maral Tahir qızı) dünyasını dəyişib.

GunAz.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, o bu gün səhər saatlarında yol qəzasında ölüb.

Qeyd edək ki, Maral Tahirqızı 2015-ci ildə barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabrında azadlığa çıxıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ