SON DƏQİQƏ

Ərindən boşanan müğənni indi daha xoşbəxtdir

Tarix:

7-09-2019, 11:18

/ 2 130 dəfə oxundu.
Ərindən boşanan müğənni indi daha xoşbəxtdir

Əri ilə yollarını ayıran dünyaca məşhur müğənni Adelin son halı marağa səbəb olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı ifaçı xeyli arıqlayıb. O, artıq yeni albomu üzərində çalışır.

"Adel çox xoşbəxtdir. Ötən il onun üçün çox ağır keçsə də, artıq yaxşılaşıb. Özünün də dediyi kimi, yaradıcılıq onun üçün hər şeydir", deyə müğənniyə yaxın mənbə bildirib.

İfaçı əri Sayman ilə 7 il birlikdə yaşadıqdan sonra evlənib. Cütlüyün bir oğlu var. Onlar 2 il evli qaldıqdan sonra yollarını ayırıblar.

"Adel ilə Sayman oğulları üçün dost qalmağa davam edirlər. O, artıq özünü ələ alıb və sağlam yaşamağa üstünlük verir. Adel bunu oğlu üçün edir" deyə, mənbə əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ