SON DƏQİQƏ

Məşhur musiqiçi pəncərədən yıxılaraq öldü

Tarix:

20-06-2019, 21:55

/ 424 dəfə oxundu.
Məşhur musiqiçi pəncərədən yıxılaraq öldü

Məşhur “Cassius” duetinin üzvü, fransiz musiqiçisi, DJ Filipp Zdar pəncərədən yıxılaraq ölüb.

GunAz.az rus mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı musiqiçi Parisdə qədim binalardan birinin yuxarı mərtəbəsindən yerə düşüb. Zdarın dostu Sebastyen Farran mediaya açıqlamasında söyləyib ki, o pəncərədən təsadüfən yıxılıb. 

Fransız polisi baş verən hadisənin təfərrüatlarını araşdırmağa başlayıb. 

Qeyd edək ki, Filipp Seboneşi, Zdar ləqəbi ilə tanınır. 1993-cü ildə Hubert Blank-Frekardla birlikdə “Cassius” duetinin əsasını qoyub.  O dünya şöhrətli reperlər Kanye Vest, Pharrell və MC Solaar ilə birgə çalışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ