SON DƏQİQƏ
» » “Rəsulzadənin fotosunu paylaşanda ağ qarğa kimi qəbul olunurdum” - Murad Arif

“Rəsulzadənin fotosunu paylaşanda ağ qarğa kimi qəbul olunurdum” - Murad Arif

Tarix:

28-05-2019, 15:01

/ 1 534 dəfə oxundu.
“Rəsulzadənin fotosunu paylaşanda ağ qarğa kimi qəbul olunurdum” - Murad Arif

“İllər öncə, Rəsulzadə fotosunu paylaşanda ağ qarğa kimi qəbul olunurdum”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı və müğənni Murad Arif sosial media hesabında 28 may – Respublika Günü ilə bağlı paylaşım edərkən yazıb.

O, daha sonra əlavə edib:

“Bu gün o fotoları hər yerdə, hər kəsdə görməkdən məmnunam... Yaşasın Azərbaycan və bu məfkurəni, bu “toxumu” dualarıyla qoruyanlar. Cücərdik, Maşallah! Özümüzə, azərilər, azərlər, türklər, turançılar, azərbaycanlılar deyə bilərik, qorxusu yoxdur! Türk dilli xalqların Oğuz qrupuna aidik. Qoy, bu xitablar bizi ayırmasın. Amma, bu ərazini evimiz bilək... Bu dili, kimliyimiz bilək... Özünü tanımayan, özünə qayıtmayan, kimliyini, dilini üstün bilməyənin yurdu da olmaz. 
Dünyəvilik, çox dil bilən olmaq, tolerantlıq gözəl şeydir, inkişafa aparır. Amma və lakin, sən kimsən, buraları kimlər qurub, nələrdən keçmisən suallarına əhəmiyyət verməyənin “evini” əlindən alarlar. Tarixdən dərs al, Vətən övladı, yaşa, yarat, qur, düzəlt, oxu, öyrən, öyrət və inkişaf et ki, var olasan!” 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ