SON DƏQİQƏ

Məşhur “Feliçita”nın ifaçısı Bakıda

Tarix:

19-09-2018, 14:57

/ 10 439 dəfə oxundu.
Məşhur “Feliçita”nın ifaçısı Bakıda

Məşhur italyan müğənni Al Bano Bakıya gəlib.

GunAz.az-ın məlumatına görə, 75 yaşlı sənətçinin gəlişinin məqsədi Cüdo üzrə Dünya Çempionatının açılış mərasiminə qatılmaqdır.

Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələn Al Bano sabah Milli Gimnastika Arenasında keçiriləcək tədbirdə konsert proqramı ilə çıxış edəcək.

Daha çox “Feliçita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.

Qeyd edək ki, bu günə qədər Al Banonun dünyada 165 milyon albomu satılıb. Al Bano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.(axşam.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ