SON DƏQİQƏ

Türkiyəli müğənniyə qadağa qoyuldu

Tarix:

31-01-2017, 20:55

/ 5 276 dəfə oxundu.
Türkiyəli müğənniyə qadağa qoyuldu

Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün lentə aldığı "Vezir parmağı” adlı yeni filminin iki rayonda yayımlanması qadağan edilib.
Mersin şəhərinin Anamur rayonunun bələdiyyə sədri, MHP-li millət vəkili Mehmet Türe ilə Kayseri şəhərinin Dəvəli rayonunun bələdiyyə rəhbəri, AKP-li deputat Mehmet Cabbarın qərarına əsasən, film bu iki ərazidə yayımlanmayacaq.
M. Türe sosial şəbəkədə "Mən olduğum müddətdə Mahsun Kırmızıgül kimi birinin çəkdiyi "Vezir parmağı” və buna oxşar filmlər əsla Anamur sərhədləri daxilində yayımlana bilməz. PKK-ya simpatiyası olan, buna terror təşkilatı deye bilməyən və əməliyyatlara qarşı çıxaraq Türkiyəni təqsirləndirilən bu və bunun kimi sənətçilərə bizim də sözümüz olacaq” deyə yazıb.
M. Cabbar isə filmin milli-mənəvi dəyərlərə qarşı olduğunu iddia edib.

Gunaz.az

Türkiyəli müğənniyə qadağa qoyuldu

 


 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər