SON DƏQİQƏ

Ramiz Mehdiyev bu vəzifəsini rəsmən itirdi - Prezidentdən sərəncam

Tarix:1-09-2020, 10:36 Oxunub:3 701

Ötən gün prezidentin sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdi.

Sərəncamla təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər müəyyən edilib:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasında seçiləcək.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Bu günə qədər komissiyaya Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edirdi. Prezidentin təyin etdiyi komissiyanın yeni üzvləri arasında onun  olmaması Mehdiyevin artıq strukturun sədri olmayacağı deməkdir. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<