SON DƏQİQƏ
» » 4 min nəfərə ŞAD XƏBƏR - Prezident 21,8 milyon manat ayırdı

4 min nəfərə ŞAD XƏBƏR - Prezident 21,8 milyon manat ayırdı

Tarix:

31-07-2020, 11:57

/ 3 718 dəfə oxundu.
4 min nəfərə ŞAD XƏBƏR - Prezident 21,8 milyon manat ayırdı

Prezident İlham Əliyev 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 21,8 milyon (iyirmi bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ