SON DƏQİQƏ

İlham Əliyev sərəncam imzaladı

Tarix:

22-06-2020, 12:10

/ 4 123 dəfə oxundu.
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 455 000,0 (dörd yüz əlli beş min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ