SON DƏQİQƏ
» » Azərbaycanda 24 min nəfərə şad xəbər - Prezident sərəncam imzaladı

Azərbaycanda 24 min nəfərə şad xəbər - Prezident sərəncam imzaladı

Tarix:

19-06-2020, 11:42

/ 4 383 dəfə oxundu.
Azərbaycanda 24 min nəfərə şad xəbər - Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev iyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon (doqquz milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


скачать dle 12.1

Şərhlər