SON DƏQİQƏ

İlham Əliyevdən akademiklə bağlı sərəncam

Tarix:

15-10-2019, 19:44

/ 1 586 dəfə oxundu.
İlham Əliyevdən akademiklə bağlı sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsa Həbibbəylinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

GunAz.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, 16 oktyabr 1949-cu ildə anadan olan İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, akademik, Azərbaycanın əməkdar elm xadimidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ