SON DƏQİQƏ
» » Yaz- allergiya mövsümü gəldi - Ən effektiv vasitə

Yaz- allergiya mövsümü gəldi - Ən effektiv vasitə

Tarix:

7-04-2021, 10:00

/ 4 067 dəfə oxundu.
Yaz- allergiya mövsümü gəldi - Ən effektiv vasitə

Bahar – isti havaların yaxınlaşması, təbiətin parlaq rəngləri, açan çiçəklər və yarpaqlar deməkdir. Ancaq bu heç də hamıda xoş təəssürat oyatmır. Tipik allergiyalı xəstə üçün təbiətin oyanması yaxşı heç nə vəd etmir.


 
Alimlər hələ də bəzi insanların niyə allergik reaksiya göstərdiyini, digərlərində isə olmadığı sualına cavab verməkdə acizdir. Əksər mütəxəssislər, pəhriz dəyişikliklərinin və insan əli ilə yaradılan yeni kimyəvi maddələrin allergiyaya səbəb olduğunu qəbul edir.

Allergiya - immun sisteminin tozcuq və ya ev heyvanlarının tükləri kimi yadxassəli, lakin ümumiyyətlə zərərsiz maddələrə həddindən artıq reaksiyasıdır.


Hazırda bu xəstəlik çox geniş yayılmışdır, lakin mövcudluğu antik dövrlərdən məlumdur. Daha çox allergen qismində qida komponentləri çıxış edir. Bura tək yeni və qeyri-adi maddələr (stabilizatorlar, aromatizatorlar, ...) aid deyil; adi qidalar da allergenə çevrilə bilər, məsələn, çiy tərəvəzlər, dənli bitkilər, meyvələr.


Genetika və irsi meyillik allergiyanın inkişafında əhəmiyyətli rol oynayır: hər iki valideyn allergiyadan əziyyət çəkirsə, uşaqlarda allergiya riski 40-70% artır. Valideynlərdən yalnız birində allergiya olduqda bu ehtimal 20-40% olur. Lakin irsən keçən hər hansı bir allergiya növü deyil, ona olan ümumi meyillikdir. Bu meyillik "atopiya" adlanır. Atopiya özü mütləq allergik təhlükə deyil; xəstəlik adətən təhrikedici amillər fonunda inkişaf edir.


Ana südü almamış uşaqlar üçün belə provokator qeyri-düzgün qidalanma, ev heyvanlarının tükləri, stress, tütün tüstüsü ola bilər. Atopiyanın mövcudluğu klinik qan testləri ilə təsdiqlənir, ancaq allergik reaksiya nə zaman və nəyə qarşı olacaq- bunu testlərin köməyi ilə proqnozlaşdırmaq mümkün deyil. Allergiya və ya atopiya bu gün geniş yayılmışdır: bəzi insanlarda allergiya peşəsi ilə tətiklənir, məsələn, bərbərlər (müştərilərin saçlarında yığılmış ağır metallar ilə təmas) və ya kitabxana işçiləri (kitab tozuyla davamlı təmas).


Çörək fabriklərində un tozuna astmatik reaksiyalar məlumdur və geniş yayılmışdır. Kimya sənayesinin də allergiyaların vüsət almasında əhəmiyyəti böyükdür. Son yarıməsrdə təxminən 15 milyon yeni maddə kəşf edilib sintez olundu ki, bunlarsız müasir sivilizasiyanı təsəvvür etmək mümkün deyil. Lakin bu tərəqqi bəşəriyyətə baha başa gəldi. Mövcud məlumatlara görə, təxminən 150.000-300.000 maddə potensial allergendir və allergik xəstəliklərə səbəb ola bilər. Ətraf mühitin çirklənməsi də insan sağlamlığına əhəmiyyətli dərəcədə təsir edir.


Müasir ekologiya fonunda allergik xəstəlik riski əhəmiyyətli dərəcədə artır: məsələn, havada olan zəhərli maddələr torpağa, yarpaqlara və çiçəklərə çökür. Nəticədə təbii maddələr, bitki tozcuqları dəyişikliyə uğrayıb, potensial allergenlərə çevrilir ki, bu da həssas insanlar üçün daha təhlükəlidir.


Allergenlər orqanizmə müxtəlif yollarla daxil olur. Saman qızdırması olanlarda allergik reaksiyalar burun, ağız, göz və bronxlarda inkişaf edir. Kontakt allergiyası olan insanlarda bəzi metallarla təmas səpki şəklində dəri reaksiyası yaradır; qida allergiyası olanlar bircə çiyələk yeməklə dərilərində iri qırmızı ləkələr əmələ gəlir.


Allergenlə təmas zamanı histamin adlı bioaktiv maddə sintez olnur. Histamin selikli qişanın qaşınması, qızartı və şişməsi, asqırma, gözlərin sulanması kimi simptomlara səbəb olur. Xəstəlik uşaq yaşlarından əlavə qida qismində verilən inək südünə qarşı başlaya bilər. Tədricən, daha çox maddə allergik reaksiyalara səbəb olur. Nəticədə yalnız adi allergik rinit və ya dəri qaşınması deyil, həm də bronxial astma kimi daha ciddi və təhlükəli xəstəliklər inkişaf edə bilər.


Düzgün allergiya terapiyası – orqanizmin toksinləri xaric etməsinə kömək edən kompleks bir müalicədir. Ümumi detoksikasiya kursu xəstəliyin formasına (məsələn, dəri və ya astmatik təzahürlər) görə təyin olunan antiallergik terapiya ilə kombinə olunur. Almaniya istehsalı biotənzimləyici ADRISIN® preparatı allergiyaların həm profilaktika, həm müalicəsində geniş istifadə olunur.


Preparat qəbulunu potensial allergenlərin çiçəkləməsindən 4-6 həftə əvvəl başlamaq yaxşıdır. Adi doza - gündə 3 dəfə 1 tablet - orqanizmi allergenlə kontakta hazırlamağa və daha sonra, yəni kontakt olduqa yaxşı dözməyə imkan verir. Allergiya əlamətləri artıq ortaya çıxmışsa, ilk iki gündə Adrisin® hər 1 saatdan bir 1 tablet, yəni gündə 12 tablet qəbul edilir, sonra adi dozaya keçilir.

ADRISIN® çoxkomponentli və çoxhədəfli biotənzimləyici preparatdır.

ADRISIN® gözün selikli qişası, tənəffüs yolları və
dəridə yaranan allergik reaksiyaları aradan qaldırılır.
ADRISIN® həm kəskin, həm də xroniki simptomları aradan qaldırılır.

GÖSTƏRİŞ:

-Allergiyaların müalicə və profilaktikası
-Konyuktivit
-Rinit
-Övrə
Adrisin - burun spreyi və göz damcılarının əvəzinə 2-si birində əvəzedicidir
- Əlavə təsiri və əks-göstərişi yoxdur
- Hər yaşda istifadə oluna bilər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ