SON DƏQİQƏ
» » Qış fəslində içilməsi vacib olan BİTKİ ÇAYLARI

Qış fəslində içilməsi vacib olan BİTKİ ÇAYLARI

Tarix:

19-11-2020, 21:06

/ 1 453 dəfə oxundu.
Qış fəslində içilməsi vacib olan BİTKİ ÇAYLARI

Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəliklərdən qorunmağın əsas yolu isə immunitet sistemini gücləndirməkdir.

Bu fəsildə bitki çaylarından istifadə çox faydalıdır.

GunAz.az immunitet.az-a istinadən bu zaman içilməsi xeyirli olan bitki çaylarını təqdim edir:

C vitamini ilə zəngin olan itburnu dəmləsini içmək çox vacibdir. Tərkibində C vitamini ilə yanaşı K, B1, B2 vitaminləri də mövcuddur. Həmçinin sodium, kalsium, maqnezium, fosfor mineralları da var. Bu minerallar qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı qalxan rolunu oynayır.

Zəncəfil limon - hazırlanan çay orqanizm üçün faydalıdır. Bir çox xəstəliyə faydalıdır. Tərləmə yolu ilə mikrobları bədəndən atmağa kömək edir. Həmçinin baş ağrısı və revmatizma kimi xəstəliklərə faydalıdır.

Cökə çayı - Xüsusilə axşamlar qara çay əvəzinə cökə dəmləməsi içməyiniz daha faydalıdır. Həm orqanizmi xəstəlikdən qoruyur, həm də immunitet sistemini qoruyur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ