SON DƏQİQƏ

Eynəklərin COVID-19-la nə kimi əlaqəsi var?

Tarix:

19-09-2020, 14:38

/ 4 953 dəfə oxundu.
Eynəklərin COVID-19-la nə kimi əlaqəsi var?

Gündəlik eynək istifadəçiləri digər insanlara nisbətən koronavirusa 5 qat daha az ehtimalla yoluxa bilər.

Bu istiqamətdə Çinin Nançanq Universiteti araşdırma aparıb.

Nəticəyə əsasən, eynək taxmağın yeni tip koronavirusa yoluxma riskini azalda biləcəyi açıqlanıb. Mütəxəssislər COVID-19 xəstələri arasında nadir halda eynəkdən istifadə edənlərə rast gəlindiyini aşkarlayıb. Bununla da eynəklə yoluxma arasında əlaqə ola biləcəyi qənaətinə gəlinib.

"JAMA Ophthalmology” dərgisində yayımlanan araşdırma məqaləsində bildirilir ki, 27 yanvar-13 mart tarixləri arasında COVID-19 diaqnozu qoyulan 276 xəstədən 30-u eynəkli olub. Uzağı yaxşı görməyən 16 xəstə gündə 8 saat eynəkdən istifadə edənlər olub.

Araşdırmaçılar daha genişmiqyaslı bilgi əldə etmək üçün Hubey əyalətindəki 7-22 yaş arası tələbələrin yer aldığı daha əvvəlki araşdırmalara da müraciət edib.

Tədqiqatçılar eynəklərin insanların çirkli əllərlə tez-tez gözlərinə toxunmağın qarşısını aldığını, beləliklə, gözlər vasitəsilə infeksiyaya yoluxma riskinin azaldığını bildirir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ