SON DƏQİQƏ

Antibiyotik istifadə edənlərin nəzərinə

Tarix:23-05-2020, 09:03 Oxunub:3 038

İnfeksion xəstəliklər və soyuqdəymə zamanı müxtəlif müalicə üsullarından istifadə olunur. Antibiotiklər ən tez təsir edən vasitələrdən biridir.

Mütəxəssislər bildirirlər ki, antibiotiklər yalnız həkim məsləhəti ilə təyin olunmalıdır. Lakin həmin dərmanlar apteklərdə reseptsiz satıldığına görə onu maneəsiz alır və istifadə edirlər. Həmin dərman preparatları orqanizmdəki mikrobları məhv etsə də, onun uzun müddət və yersiz istifadəsi həzm pozğunluğu, bağırsaqlarda narahatlıq yarada, mərkəzi sinir sisteminin zəifləməsinə səbəb ola bilər.

Həkim-fitoterapevt Elnur Eldaroğlu Azərtac-a deyib:

"Təəssüf ki, soyuqdəyməsi olan, özünü bir balaca narahat hiss edən zaman dərhal antibiotiklərin köməyindən istifadə edən xəstələr çox olur. Əslində isə antibiotiklərin təhlükəli tərəfləri də var. Ev şəraitində vurulan antibiotiklər bəzən xəstəni şoka salır. Ona görə də antibiotiklərdən mümkün qədər az istifadə olunmalıdır”.

Soyuqdəymə və qripə qarşı mübarizə aparmaq üçün təbii vasitələr – kəklikotu, dazıotu, çaytikanı, itburnu kimi bitkilər və arı südü kimi məhsullar da köməyə çatır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<