SON DƏQİQƏ
» » Araşdırmaçılar şokda: Koronavirus səthdə 17 gün yaşayırmış

Araşdırmaçılar şokda: Koronavirus səthdə 17 gün yaşayırmış

Tarix:

24-03-2020, 18:59

/ 2 875 dəfə oxundu.
Araşdırmaçılar şokda: Koronavirus səthdə 17 gün yaşayırmış

Yaponiyada karantinə alınan kruiz gəmisi "Diamond Princess”in kayutlarında sərnişinlərin nəqliyyat vasitəsini tərk etməsindən iki həftə sonra koronavirusun izlərinə rast gəlinib.
"HaberGlobal”ın məlumatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzindən bu barədə açıqlama verilib.
Bildirilir ki, izlərə yoluxma əlaməti olan xəstələrin otaqları boşaldıqdan 17 gün sonra rast gəlinib. Beləliklə, araşdırmaçıları da təəccübləndirən nəticələrə görə, koronovirus səth üzərində iki həftədən artıq qala bilərmiş.
Bununla belə, həmin koronavirus izlərinin hər hansı bir infeksiyaya səbəb olub-olmadığını söyləmək mümkün deyil.
Bundan əvvəl aparılan araşdırma zamanı virusun plastik və ya soyuducu kimi paslanmaz polad səthlərdə üç günə qədər yaşaya bildiyi, ancaq zamanla zərərvermə səviyyəsinin aşağı düşdüyü məlum olmuşdu.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ