SON DƏQİQƏ

Propolisin inanılmaz faydaları

Tarix:

19-10-2019, 15:28

/ 2 012 dəfə oxundu.
Propolisin inanılmaz faydaları

Arı məhsullarınının faydaları çoxlarımıza məlumdur.

Onlar yalnız qida məhsulu kimi deyil, çox vaxt müsbət müalicə üsulu kimi də tanınır.   Faydalarını saymaqla bitməyən bütün digər arı məhsulları kimi propolis də öz nadir xüsusiyyətləri ilə insanlara yalnız xeyir verir.

Bir çox xəstəliklərin müalicəsində uğurla istifadə olunan propolis insanın immun sistemini möhkəmləndirir, disbakteriozla mübarizə edir. Xroniki tonzililit zamanı isə propolis çox təsirli profilaktik vasitədir. Xüsusən də uşaqlar üçün bu çox vacibdir. Bunun üçün 1 ç.q. sürtkəcdən keçirilmiş propolisi 1 stəkan qaynar suda dəmləyərək içmək və ya propoplisin kiçik bir tikəsini ağızda çeynəmək kifayətdir...

Bağırsaq infeksiyaları zamanı, diş ağrısında, yanıqlarda, yaralarda belə istifadə olunan propolisin qastrit, mədə xorası kimi xəstəliklərdə də faydalı olduğu alimlər tərəfindən sübut olunub.

Hazırda elmı tədqiqatların nəticəsində sübut olunub ki, propolis onkoloji xəstəliklərin müalicəsi, xüsusilə də profilaktikası zamanı da istifadə oluna bilər. Belə ki, bu möcüzəli məhsul insanın immun sistemini stimullaşdıraraq xərçəng hüceyrələrinin inkişafını ləngidir, məhz buna görə də həkimlər 40 yaşdan sonra insanlara propoplisi daxilə qəbul etməyi tövsiyə edirlər.

Qeyd edək ki, propolisin heç bir əks təsiri yoxdur və buna görə də propolisin qəbulu orqanizmə yalnız müsbət təsir edə bilər.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ