SON DƏQİQƏ

Hepatitdən necə qorunmalı?

Tarix:

7-10-2019, 12:06

/ 2 166 dəfə oxundu.
Hepatitdən necə qorunmalı?

Son illərdə insanlar arasında ən çox rast gəlinən xəstəliklərdən biri də hepatit virusunu yoluxmadır. Bir neçə növü ilə tanınan hepatit olduqca yoluxucudur. Saglam insana bu virus xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadəsi səbəbi ilə keçə bilər. Bəs hepatitdən qorunmaq üçün nələr etməliyik? Ümumiyyətlə, insan həyatı üçün bu virus nə dərəcədə təhlükəlidir? Health Baku Medical Centerin Qastroenteroloqu- hepatoloq doktor Aysel Əskərova deyir ki, hepatitlər virus mənşəli və ya digər səbəblərdən yaranaraq kəskin və xroniki hal alır. Onun sözlərinə görə, hepatitlərin simptomları gedişata görə müxtəlif olur: "Bəzi zamanlarda heç bir əlamət vermədən sakit formada xroniki mərhələyə keçir. Bəzən isə kəskin mərhələ ilə aşağıdakı əlamətləri göstərir. Halsızlıq, iştahsıxlıq, yorğunluq, hərarət, qusma, sarılıq( gözlər və dəridə), oynaq ağrıları, eləcə də sidik rəngində tündləşmə. Xroniki hepatitlerdə kəskin alovlanma mərhələsi olarkən eyni əlamtlər seyr edilərək görülür. Xroniki Qaraciyər xəstəliklərində görülən əlamətlər isə
dəridə hörümçək bənzər qan damarları, dalaq böyüməsi, ayaqlarda ödəm, qarın boşluğunda maye yığılması -assit, yaddaş pozuntusu, fikir dağınıqlığı, anormal qanamalar". Aysel Əskərova onu da qeyd edib ki, hepatit virusları insan bədənindən xaricdə də yaşamaq qabiliyyətinə malikdir: "Məsələn hepatit B bədənin xaricində ən az 7 gün yaşaya bilməkdədir. Hepatit C 3 həftəyə qədər xarici mühütdə yaşaya bilir. Bunları nəzərə alaraq hər kəs şəxsi gigiyena qaydalrına riayət etməlidir". Həkim onu da diqqətə çatdırıb ki, hepatit C virusunun peyvendi yoxdur: "Hepatit B daşıyıcısında durum o qədər də ürəkaçan deyil. Yəni xəstə həm ətrafa virus yaymaq təhlükəsi daşıyır, həm də özündə hepatocellular karcinoma riski yüksəkdir. Bu səbəbdən biz xəstələrə vaxtı vaxtında müayinələri məsləhət görürük. Onu da diqqətə çatdırım ki, hepatit B yalnız qanla keçmir: "Qaraciyəri qoruyan dərmanlardan istifadə belə hallarda ciddi əhəmiyyət daşımır. Hepatit D virusu isə qaraciəyərdə iltihablanmaya səbəb olan virusdur. Bu virusun özbaşına replikə olması, çoxalması mümkün deyil . Delta virus defektiv və virus hepatitlər içərisində ən təhlükəli olanıdır. Bu virusun çoxalıb yaşaya bilməsi üçün Hepatit B virusunun olması zəruridir. Yəni daşıyıcı HBV və ya xronik HBV xəstələrində HDV görülmə ehtimalı yüksəkdir. Delta virusdan qorunmaq üçün mütləq hepatit B virusundan qorunmaq lazımdır. Hepatit D virusunun varlığı Qaraciyərdə sirroz olma ehtimalını artırır. Bu xəstələrdə xərcəng olma ehtimalı yüksəkdir. Hepatit B olan xəstələrdə anidən pisləşmə , sidikdə tündləşmə , halsızlıq və s əlamatlər olduqda mütləq Hepatit D düşünülməlidir". Aysel Əskərova onu da bildirib ki, hepatit D xəstəliyinin müalicəsi var: "Hepatit D virusunun keçmə yolları demək olar ki, digər virus hepatitlərlə eynidir.Qan köçürmə, uyuşdurucu istifadə edənlərdə eyni şpiris istifadə etmə, cinsi əlaqə , HDV yoluxan qadının doğum əsnasında körpəyə keçirməsi və s. hallarda mümkündür. Bütün bu halların qarşısını almaq üçün sadəcə gündəlik hayatda diqqətli olmaq və vaxtı-vaxtında həkim müayinəsindən keçmək lazımdır". Aysel Əskərova onu da diqqətə çatdırıb ki,  toksiki hepatitlər də vardır və bunun da səbəbləri müxtəlifdir: "İlk növbədə dərman maddələri. \məsələn. Parasetamol, Valproat, Asetaminofen, Metotroksat, Kontrapeptif Steroidlər, Kokoin. Doğal toksik maddələr. məsələn, Qidalar, alkoqollu içkilər, şəfalı bitkilər, bakteriya mənşəli infeksiyalar, göbələk, böcək ,əqrəb, ilan zəhərləri. Kimyəvi maddələr olan iş yerində kimyəvi maddələrə məruz qalma, sənayelerdə qəzalar, intihar məqsədli kimyəvi maddə istifadəsi da bu sıraya aiddir. Qaraciyər dərman və bir çox kimyəvi maddələrin metabolizmasında rol oynayan ən əsas orqandır. Toksiki hepatit üçün əsas risk faktoru xroniki qaraciyər xəstəliyi olanlar və alkoqollu içkilər istifadə edənlər hesab olunur. Toksik hepatitli xəstələrin 90 faizində kəskin hepatit əlamətləri görülür. Amma bəzən olur ki, anidən çox sürətli hepatit tablosu da qarşımıza çıxır. Nə yazıq ki, intihar məqsədli dərman istifadə edən xəstələri fulminan hepatit tablosu ilə itiririk. Kəskin toksiki hepatit autimmun hepatitə bənzər formada görsənə və ya autimmun hepatitin başlanmasına səbəb ola bilir. Ümumiyyətlə hepatoksinlərdən uzaq durmaq lazımdır. Həkim təyinatı olmadan hər hansı bir dərmandan istifadə etmək olmaz. Alternativ tibbdə istifadə olunan bitkilərdən və s. üsullardan həddən artıq və ya gərəksiz istifadə qaraciyərin durumunu təhdid edir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ